Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir.

536168
Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir

  Diplomatik mənbələrdən verilən məlumata görə, Çavuşoğlu Latviya Xarici İşlər naziri Edgars Rinkevics, Norveç Xarici İşlər naziri Borge Brende, Avstriya Xarici İşlər naziri Sebastyan Kurz ve Avropa Şurasının baş batibi Thorbjorn Jagland ilə telefonla görüşüb.
 
 Qarşı tərəfin tələbi ilə həyata keçirilən telefon danışıqlarında Çavuşoğlu həmsöhbətlərinə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı dövlət çevrilişi cəhdi haqqında məlumat verib.
 
 Xarici işlər nazirləri və baş katib Çavuşoğluna Türkiyədəki demokratik prosesə və seçilmiş hökumətə dəstək verdiklərini ifadə edərək, Türkiyə ilə həmrəy olduqlarını vurğulayıblar.
 
 Çavuşoğlu Latviya Xarici İşlər Naziri Rinkevics ilə Türkiyə - Avropa İttifaqı münasibətləri, Avropa Şurasının Baş Katibi Jagland  ilə Türkiyənin Avropa Şurası ilə münasibətlərini müzakirə edib.



Әlaqәli Xәbәrlәr