İngilis jurnalisti QərbinTürkiyədə dövlət çevrilişi təşəbbüsünə təhtifli münasibətini tənqid etdi

İngiltərənin "The Guardian" qəzetinin əhəmiyyətli müəlliflərindən biri olan David Hearst 15 iyuldakı dövlət çevrilişi təşəbbüsü prosesində Qərb dünyasına hakim olan təhrifli münasibəti dəyərləndirdi.

536186
İngilis jurnalisti QərbinTürkiyədə dövlət çevrilişi təşəbbüsünə təhtifli münasibətini tənqid etdi


  Hearst "Karar" qəzetinə verdiyi müsahibədə Qərb mediası haqqında: "Dövlət çevrilişi baş tutsaydı necə nəticələr doğuracağını yaxşı bildikləri halda, bunu görmək istəmədilər" deyə danışdı.
 
 Qərbin "dövlət çevrilişi" ifadəsinin hansı məna verdiyini bilməsinə baxmayaraq, məkrli davrandığını deyən Hearst: "Dövlət çevrilişi olsaydı ortaya çıxacaq mənzərə bəlli ikən, onlar yalnız Ərdoğanın çevrilişə verdiyi cavaba diqqət yetirdilər" dedi.
 
 Hearst ingilis mətbuatında 16 iyulda səhər yayılan xəbərləri sərt bir dillə tənqid edərək, bu davranışın mətbuat prinsipləri ilə üst-üstə düşmədiyini vurğuladı.



Әlaqәli Xәbәrlәr