Sənətçilər və idmançılar Ərdoğana dəstək çıxır

Bütün Türkiyədə davam edən demokratiya keşiyinə ölkənin sənətçi və idmançıları da qatılıb

535576
Sənətçilər və idmançılar Ərdoğana dəstək çıxır

   Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir sıra sənətçi və idmançıları Cumhurbaşkanlığı Sarayında qəbul edib. Mətbuata bağlı bu görüşdə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören, Klublar Birliyinin sədri Göksel Gümüşdağ, Türkiyə Milli Futbol komandasının baş məşqçisi (direktoru) Fateh Terim, futbolçular Rıdvan Dilmen, Arda Turan, sənətçilərdən Hakan Ural, Murat Yıldırım, Fettah Can, Hadisə, televiziya mütəxəssilərindən isə Acun İlıcalı və Esat Yontunç iştirak ediblər.

  Qəbulda sənətçilər və idmançılar 15 iyul çevriliş cəhdi qarşısında dövlət başçısı Ərdoğan və demokratiyanın yanında olduqlarını bildiriblər. Ərdoğan da dəstəklərinə görə onlara təşəkkür edib və qonaqlarına “Qlobal sülhün görüntüsü” kitabını hədiyyə verib.



Әlaqәli Xәbәrlәr