Jandarma Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək

Hərbi çevirilişə cəhddən sonra həyata keçirilən müvafiq zəruri tədbirlərə də toxunan Türkiyə Daxili İşlər naziri yaşıl və xidməti pasport verilən 10 min dövlət işçisinin də pasportunun ləğv edildiyini söyləyib

535732
Jandarma Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək

  Bunu Türkiyənin Daxili İşlər naziri Əfkan Ala açıqlayıb.

  Nazir ölkədə televiziyalardan birində verdiyi açıqlamada deyib ki, "Bundan əvvəl məsələ ilə bağlı Milli Məclisə müraciət etdiyim zaman müqavimətlə qarşılandım. Lakin çevirilişə cəhddən sonra Jandarmanın tamamilə Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi zərurəti yarandı... Ölkədə təhlükəsizlik qüvvələri ümumi idarəyə bağlı olarsa, baş verə biləcək hər hansı problemin öhdəsindən asanlıqla gəlinəcək".

  Türkiyə Prezident Aparatı Mühafizə Alayının (qvardiyanın) da Daxili İşlər Nazirliyinin tabeliyinə keçib-keçməyəcəyi sualı ilə bağlı isə nazir: "Hazırda bu məsələnin müzakirələri aparılır... Ölkədə kəşfiyyat xidməti də nəzərdən keçiriləcək."

  Hərbi çevirilişə cəhddən sonra həyata keçirilən müvafiq zəruri tədbirlərə də toxunan Türkiyə Daxili İşlər naziri yaşıl və xidməti pasport verilən 10 min dövlət işçisinin də pasportunun ləğv edildiyini söyləyib. 

  Əfqan Ala şəhid və yaralı sayı haqqında son məlumatı da bölüşüb. İndiyədək 246 şəhid, 2185 yaralı var. Hadisəylə bağlı isə indiyədək 10607 nəfər saxlanılıb, onlardan 4496-ı barədə həbs qərarı çıxarılıb.



Әlaqәli Xәbәrlәr