Әdәbiyyatçılar uğursuz çevriliş cәhdini qınadılar
FETÖ-nun uğursuz çevriliş cәhdinә qarşı әdәbiyyat dünyası da etiraz reaksiyası ilə çıxış etdi.

FETÖ-nun uğursuz çevriliş cәhdinә qarşı әdәbiyyat dünyası da etiraz reaksiyası ilə çıxış etdi.
Ukrayna, Kosovo, Hindistan, Fələstin, Səudiyyə Ərəbistanı, Əlcəzair və Almaniyada dərc olunan ədəbiyyat jurnallarnın redaksiya heyətləri Fətullahçı Terror Təşkilatının çevriliş cəhdini qınayıblar .
Ukraynada dərc olunan ‘‘Minareth’’ jurnalının Baş redaktoru Kazım Kukhammedov Ukraynada yaşasalarda ürəklərinin Türkiyənin yanında olduğunu ifadə edib.
Kosovoda dərc olunan ‘‘Türkçәm’’ jurnalının redaksiya heyətinin üzvü Canan Özer: ‘‘Vәtәnimizә vә xalqımıza keçmiş olsun’’ deyәrәk çevriliş cәhdini pislәyib.
Fələstində yayımlanan ‘‘Reyhana’’ jurnalının Baş redaktoru Leyla Galyun uğursuz çevriliş cәhdini qınadığını ifadә edәrәk: ‘‘Allah Türkiyәni, xalqını vә dövlәt başçısını qorusun’’ deyib.
Səudiyyə Ərəbistanının ‘‘Əl Bəyan’’ jurnalından Məhəmməd Sadiq Türk xalqına xəyanət edən bir qrup satqın tərəfindən hәyata keçirilәn uğursuz çevriliş cәhdini pislədiklərini bildirib.
Əlcəzairdə dərc olunan ‘‘Al Bassira’’ jurnal qrupunun sədri Dr. Abderrahman Tommy, Almaniyada yayımlanan ‘‘Referans’’ jurnalından Mahmud Aşkar vә Hindistanda dәrc olunan ‘‘Al Muallim’’ jurnalından Ubaidur Rәhman üğursus çevriliş cәhdini pislәdiklәrini vurğulayıblar.