“15 iyul çevriliş cəhdində kəşfiyyat zəif idi, amma… “ R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdində kəşfiyyatın zəif olduğunu, amma Milli Kəşfiyyat Qurumu (MİT) müşaviri və ya Baş Qərargah rəisinin istefa söhbətinin olmadığını bildirib

535757
“15 iyul çevriliş cəhdində kəşfiyyat zəif idi, amma… “ R.T.Ərdoğan

  Ərdoğan France 24 televiziyasına verdiyi müsahibədə dövlət qurumlarını 40 ildir bürmələyən xərçəngdən təmizləyəcəklərini vurğulayıb.

  MİT-in müşaviri Hakan Fidanın istefasıyla bağlı Ərdoğan: "Dərə keçilərkən at dəyişdirilməz. Həm Baş qərargah rəisi, həm də MİT müsaviri vəzifələrinə davam edəcək”, - deyib.

  Ərdoğan Fransa, Belçika, Amerika Birləşmiş Ştatları və Almaniyadakı terror hücumlarında da kəşfiyyat zəifliyinin olduğunu nəzərə çatdırıb, hətta Belçikada Türkiyənin verdiyi kəşfiyyatı qənaətbəxş hesab etmədikləri üçün qarşılaşdıqları terror hadisəsindən sonra belə bu ölkədə istefa tələbi gəlmədiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr