İbrahim Kalın:" Millətimiz çevriliş təşəbbüsünü böyük bir demokratiya təntənəsinə çevirərək əzdi"

Türkiyə Prezident Administrasiyası sözçüsü İbrahim Kalın "TRT Xəbər" in qonağı oldu.

534642
İbrahim Kalın:" Millətimiz  çevriliş təşəbbüsünü böyük bir demokratiya təntənəsinə çevirərək əzdi"

“Millətimiz çevriliş təşəbbüsünü böyük bir demokratiya təntənəsinə çevirərək əzdi.” Bunu Türkiyə dövlət başçısının sözçüsü İbrahim Kalın ötən gün “TRT Xəbər”in qonağı olarkən deyib.

İbrahim Kalın “TRT Xəbər” kanalında Xəbər və İdman Verilişləri departamentinin direktoru Yaşar Taşqın Koçun qonağı olub.

Dövlət başçısının sözçüsü bir daha vurğulayıb ki, millətimiz terrorçuların çevrilişə cəhdini böyük bir demokratiya təntənəsinə çevirərək yatırıb.

İbrahim Kalın bildirib ki, Avropada da terror hücumlarından sonra fövqəladə vəziyyət elan edən ölkələr olub.

İbrahim Kalın ölkənin özəl televiziyalarından birinin də qonağı olub. O, canlı yayımlanan verilişdə sualları cavablandırıb. Dövlət başçısının sözcüsü deyib ki, çevirilişə cəhd edənlər planlarının deşifrə olduğunu başa düşdükləri üçün vaxtından əvvəl hərəkətə keçiblər. O vaxt isə hər kəs əlindəki imkanları səfərbər edərək bu çevrilişə cəhdin qarşısını almağa başlayıb.

Fövqəladə vəziyyətin elanına görə tənqidlərlə əlaqədar sualları da cavablandıran Kalın bir daha xatırladıb ki, dünyanın inkişaf etmiş ölkələrində belə bu cür vəziyyətə dair qərar qəbul edilir.

Fransanın paytaxtında terror aktından sonra ölkədə fövqəladə vəziyyətin elan edildiyini bildirən İbrahim Kalın: “Heç kim Fransada insan haqları əldən gedir, bazarlar çökəcək və sair mənfi söz demədi. Buna görə də heç kim Fransaya demədiyini Türkiyəyə də deməsin. Belçikada, Brüsseldə terror aktı olduğunda fövqəladə vəziyyət elan etdilər. Heç kəs Belçikaya demədiyini Türkiyəyə də deməsin. Biz burada hüquqi normalar çərçivəsində bunu həyata keçirəcəyik, normal həyata mənfi təsir edəcək bir şey yoxdur, lakin çevriliş etmək istəyənlərdən təmizlənməsi üçün dövlət nə lazımdırsa tədbir görəcək” deyə Türkiyə dövlət başçısının söçüsü qeyd edib.

ndan sonra ölkədə fövqəladə vəziyyətin elan edildiyini bildirən İbrahim Kalın: “Heç kim Fransada insan haqları əldən gedir, bazarlar çökəcək və sair mənfi söz demədi. Buna görə də heç kim Fransaya demədiyini Türkiyəyə də deməsin. Belçikada, Brüsseldə terror aktı olduğunda fövqəladə vəziyyət elan etdilər. Heç kəs Belçikaya demədiyini Türkiyəyə də deməsin. Biz burada hüquqi normalar çərçivəsində bunu həyata keçirəcəyik, normal həyata mənfi təsir edəcək bir şey yoxdur, lakin çevriliş etmək istəyənlərdən təmizlənməsi üçün dövlət nə lazımdırsa tədbir görəcək” deyə Türkiyə dövlət başçısının söçüsü qeyd edib.

Әlaqәli Xәbәrlәr