Helikopterlə Yunanııstana qaçan 8 əsgərin hər biri 2 ay həbs cəzasına məhkum edildi
FETÖ-nün 15 iyuldakı dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin hər biri 2 ay həbs cəzasına məhkum edildi.

Yunanıstana qeyri-qanuni yollarla daxil olmaq və icazəsiz olaraq hava vasitəsini istifadə etməkdə müqəssir bilinərək mühakimə olunan əsgərlər bu gün Dedeağaç Məhkəməsinə aparıldılar.
Ağır Cinayətlər üzrə Dedeağaç Məhkəməsi "ölkəyə qanunsuz girmək" maddəsi ilə 8 əsgərin hər birinə 2 ay həbs cəzası kəsdi.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Yunanıstan sərhədini keçdikdən sonra təcili eniş siqnalı verən helikopterdəki hərbçilər Dedeağaç şəhərinə 16 iyul, şənbə günü eniş etmişdilər.
Çevriliş cəhdində iştirak edən və siyasi sığınacaq istəyən 8 əsgər qeyri-qanuni yollarla ölkəyə daxil olduqları səbəbilə həbs olunmuşdular.
Əsgərlər haqqında Ağır Cinayətlər üzrə Dedeağaç Məhkəməsində başlanan məhkəmə prosesinin ilk iclası çərşənbə günü keçirilmiş, vəkillərin tələbilə məhkəmə prosesi bu günədək təxirə salınmışdı.
Dünən 8 əsgər təhlükəsizlik səbəbilə nəzarətdə saxlanıldıqları Ferecik həbsxanasından Kavalaya köçürülmüşdü.
Әlaqәli Xәbәrlәr

“Onun sözləri Türkiyə-ABŞ ittifaqının mahiyyətini əks etdirir”
Sosial media hesabından etdiyi paylaşmada F.Altun bildirib...