Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Müdafiə naziri Fikri İşıqla Amerikalı həmkarı Eşton Karter arasında telefon görüşü olub.

533186
Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Müdafiə naziri Fikri İşıqla Amerikalı həmkarı Eşton Karter arasında telefon görüşü olub.

Pentaqondan verilən məlumata görə Eşton Karter ölkəsinin Türkiyədə demokratik yolla seçilmiş hökuməti dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Türkiyənin Müdafiə naziri iki ölkənin DAEŞ və digər terror qruplaşmalarına qarşı birgə mübarizəsində qətiyyətinin davam etdiyini  bildirib.

Telefon görüşündə hər iki nazir İncirlik hava bazasında DAEŞ-a qarşı aparılan əməliyyatların əhəmiyyətini vurğulayıblar.

Fikri İşıq əlavə edib ki, DAEŞ-la mübarizəyə qoşulan bəzi ölkələrin müdafiə nazirlərinin ABŞ-da keçiriləcək toplantısında iştirak edə bilməyəcək. Lakin Fikri İşıq və Eşton Karter yaxın günlərdə danışıqları davam etdirəcəklərinə dair razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr