“Əhəmiyyətli bir qərarı açıqlayacağıq”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sabah (çərşənbə günü) toplanacaq Milli Təhlükəsizlik Şurasından sonra çox əhəmiyyətli qərarların veriləcəyini söyləyib

532262
“Əhəmiyyətli bir qərarı açıqlayacağıq”, R.T.Ərdoğan

  Ərdoğan FETÖ-nün 15 iyulda çevriliş cəhdindən bu yana İstanbuldakı İqamətgahın qarşısından ayrılmayan yüz minlərə səslənərək deyib: "Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq. Sonra əhəmiyyətli bir qərarı açıqlayacağıq. Və yeni bir dövrə başlayacağıq".

  Dövlət başçısının dünən xalqa xitabı olaraq etdiyi çıxışı bütün televiziya kanallarında yayımlanıb.

Dövlət başçısı qarşısı alınan çevrilişə cəhdlə əlaqəli atılacaq addımlar barədə hökumətin önəmli hazırlıqlar gördüyünü bildirərək deyib ki, çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq. Sonra əhəmiyyətli bir qərarı açıqlayacağıq. Və yeni bir dövrə başlayacağıq. Bu məsələni kökündən həll edəcəyik.

Bunun adi bir problem olmadığını vurğulayan Dövlət başçısı "Biz bu nə olduğu məlum olmayanlara vətəni buraxmayacağıq." deyib.

"Hal-hazırda məhkəmədə və polis idarəsində mələsənin həlli ilə əlaqəli  mümkün olan bütün addımlar atılmaqda davam edir. FETO -nün başçısı Fətullah Gülən haqqında Ədliyyə Nazirliyi qovluqları hazırlayıb"-deyə Ərdoğan vurğulayıb. 

Beynəlxalq mediaya da müraciət edən Ərdoğan bildirib ki, beynəlxalq mediaya səslənirəm! ABŞ-da ekiz qüllələr vurulduğu zaman görəsən bu beynəlxalq media gedib Bin Ladin ile müsahibə götürsəydi buna necə yanaşardınız? Beynəlxalq aləmdə buna müsbət nəzər salan olardımı? Lakin indi Türkiyədə belə bir çevrilişə cəhd edən adamın tərəfdaşlarına verdiyiniz  400 kvadratmetrlik ərazidə gedib onunla müsabihə götürənlərə necə müsbət yanaşırsınız?

  15 iyulda Baş Qərargahı, Türkiyə Böyük Millət Məclisini və Prezident Sarayını hədəfə alanların çevrilişə cəhdi törədənlərin əsgər forması şərəfinə sığınan terrorçular olduğunu söyləyib. Bu cəhd təşəbbüsünə millət tərəfindən maneə törədilməsini Ərdoğan Türkiyə demokratiyasının gücü kimi şərh edib və belə deyib: "Heç bir demokratiya amirləri bir terror təşkilatından olan hərbçini, polisi, hakimi və bürokratı qəbul etməz… Xalqımdan bu canilərlə şərəfli Türkiyə ordusunu bir sıraya qoymamasını istəyirəm… Dövlətin bütün qurumlarına xərçəng hüceyrəsi kimi sızan bu xainlərin təmizlənməsinə istiqamətli işlər məhkəmə və məhkəmə orqanları xaricindəki təşkilatlarda da davam edəcək… Uniformalı terrorçuları günahsız göstərməyə çalışanlar çevriliş dəstəkçisidir və bunlar da hökmən terror təşkilatı mənsubudur… Dünyada vətənə xəyanət edənlər hər zaman cəzalarını alıblar.”

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, hadisələr zamanı şəhid olanlara rəhmət diləyib, evindən dualar və göz yaşlarıyla dəstək verənlərə, millətin şərəfinə sahib çıxan bütün siyasi partiya liderlərinə, Təhlükəsizlik Təşkilatının canını sipər edən mənsublarına, xain plana daxil olmayan şərəfli Türkiyə əsgərinə, çevriliş edənlərin qarşısında çıxış edən media işçilərinə təşəkkür edib.

  Ərdoğan sözlərini: "Hər çətinliyin sonunda bir asanlıq, hər gecənin sonunda bir işıqlıq vardır", - deyə davam etdirərək bunları da söyləyib: “Bu torpaqlarda öz vətəndaşına tankla, tüfənglə hücumun FETÖ-nün bir terror təşkilatı olduğunu sübut edir. FETÖ kimi vətənin birliyinə və bütövlüyünə qəsd edən bütün terror təşkilatlarına qarşı amansız mübarizə aparılacaq.”

 



Әlaqәli Xәbәrlәr