Çavuşoğlunun telefon danışıqları davam edir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, seçilmiş hökumətə qarşı 15 İyulda hǝyata keçirilǝn vǝ uğursuzluqla nǝticǝlǝnǝn xain hǝrbi çevriliş cǝhdindǝn sonra bir çox ölkǝnin xarici işlǝr naziri ilǝ telefon danışığı keçirib.

532325
Çavuşoğlunun telefon danışıqları davam edir

Diplomatik mǝnbǝlǝrdǝn ǝldǝ edilǝn mǝlumata görǝ, XİN rǝhbǝri Çavuşoğlu davam edǝn danışıqlar çǝrçivǝsindǝ Keniyalı hǝmkarı Amina Mohamed, Kot-d’İvuar xarici işlər naziri Abdallah Albert Toikeusse Mabri, Somali xarici işlər naziri Abdusalam Hadliye Omar, Efiopiya xarici işlər naziri Tedros Adhanom Ghebreyesus, Norveç xarici işlər naziri Borge brendə, Slovakiya xarici işlər naziri Miroslav Lajcak ilǝ görüşüb.

Danışıqlarda, bütün xarici işlǝr nazirlǝri Türkiyədəki demokratik prosesǝ və seçilmiş hökumətə dəstəklǝrini bildiriblǝr. Türkiyə ilə həmrəylik içində olduqlarını vurğulayıblar.

Mǝlumata görǝ Çavuşoğlu ötǝn gün axşam da ABŞ dövlǝt katibi John Kerry ilə telefon görüşü keçirib. Danışıq zamanı Fəthullah Gülənin Türkiyǝyǝ qaytarılması mǝsǝlǝsi gündǝmǝ salınıb.

 

 



Әlaqәli Xәbәrlәr