R.T.Әrdoğan ilә İ.Әliyev, A.Merkel vә Stoltenberq arasında telefon danışığı olub

Çevriliş cəhdi aradan qaldırıldıqdan sonra Beynәlxalq alәm Türkiyәyә dәstәyini nümayiş etdirmәyә davam edir.

532078
R.T.Әrdoğan ilә İ.Әliyev, A.Merkel vә Stoltenberq arasında telefon danışığı olub

  Çevriliş cəhdi aradan qaldırıldıqdan sonra Beynәlxalq alәm Türkiyәyә dәstәyini nümayiş etdirmәyә davam edir.

  Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  bu çәrçivәdә  Azәrbaycan  prezidenti İlham Әliyev, Almaniya Kansleri Angela Merkel vә NATO-nun Baş katibi Jean Stoltenberq ilә telefon әlaqәsi saxlayıb.

Prezident Aparatı mәnbәlәrindәn verilәn mәlumata görә,  İlham Әliyev  görüş zamanı Türkiyedeki  çevriliş  cəhdini şiddətlə pislәyәrәk  Azərbaycan xalqı və dövlətinin hər zaman olduğu kimi Türk xalqı və dövlətinin yanında olduğunu vurğulayıb.

İlham Әliyev hәmçinin çevriliş cәhdi zamanı hәyatını itirәnlәrin ailәlәrinә vә dövlәt başçısı R.T. Әrdoğana başsağlığı, yaralılara tәcili şәfa dilәyib.

Almaniya Kansleri Angela Merkel  dә görüş zamanı  çevriliş cәhdinin  yolverilmәz olduğunu söylәyib.

 A.Merkel görüş zamanı hәmçinin  Türkiyәdә seçilmiş hökumәtin yanında olduqlarını  qeyd edib.

NATO Baş Katibi Jean Stoltenberq ilә İttifaq üzvü olan  bir ölkәdә  çevrilişlәrә  yer olmadığını  vә  bu  növ cәhdlәrin yolverilmәz olduğunu vurğulayıb.

Stoltenberq  NATO olaraq Türkiyәdә  seçilmiş hakimiyyәtә  dәstәk verdiklәrini  dә qeyd edib.



Әlaqәli Xәbәrlәr