M.Çavuşoğlu müxtəlif ölkələrin xarici işlər nazirləri ilә telefon danışıqlarını davam etdirib
Xarici İşlər naziri Mövlud Çavuşoğlu seçilmiş hökumətə qarşı həyata keçirilən "FETÖ-cu çevriliş cəhdi"ndәn sonra dünən axşam da bir sıra ölkələrin xarici işlər nazirləri ilә telefon danışıqlarını davam etdirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu seçilmiş hökumətə qarşı həyata keçirilən "FETÖ-cu çevriliş cəhdi"ndәn sonra dünən axşam da bir sıra ölkələrin xarici işlər nazirləri ilә telefon danışıqlarını davam etdirib.
Diplomatik mənbələrdən verilən məlumata görə, Çavuşoğlu son iki gündə 37 ölkənin xarici işlər naziri, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Avropa Şurası, NATO və İslam Əməkdaşlıq Təşkilatının da aralarında olduğu beynəlxalq təşkilatların baş katibləri ilə görüşlər keçirib.
Avstraliya Xarici İşlər naziri Julie Bishop, Sloveniya Xarici İşlər Naziri Karl Erjavec və İspaniya Xarici İşlər naziri Manuel Garcia-Margallo Çavuşoğluna zәng edәrәk Türkiyədəki demokratik prosesə və seçilmiş hökumətə dəstək verdiklərini ifadə ediblər.
Çavuşoğlunun həmkarları Türkiyə ilə həmrəylik içərisində olduqlarını da vurğulayıblar.
Aralarında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi də olmaqla Amerika Birləşmiş Ştatları, Almaniya, Albaniya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Estoniya, Mərakeş, Fələstin, Fransa, Gürcüstan, Xorvatiya, İngiltərə, İraq, İran, İtaliya, Kanada, Qətər, Qırğızıstan, Kosovo, Liviya, Livan, Macarıstan, Makedoniya, Malta, Pakistan, Ruanda, Səudiyyə Ərəbistanı, Ukrayna, İordaniya, Yəmən, Yeni Zelandiya və Yunanıstan Xarici İşlər Nazirləri dә Çavuşoğlu ilә görüş keçirib.