İ.Kalın: xalq çevirilişə cəhd edənlərə lazımi dərslərini verir

Yüzlərlə insan hələ də Rəcəb Tayyib Ərdoğanın İstanbulun Kısıklı məhəlləsində yerləşən iqamətgahı önündə toplaşıb.

531490
İ.Kalın: xalq çevirilişə cəhd edənlərə lazımi dərslərini verir

Yüzlərlə insan hələ də Rəcəb Tayyib Ərdoğanın İstanbulun Kısıklı məhəlləsində yerləşən iqamətgahı önündə toplaşıb.

Burada vətəndaşlara müraciət edən dövlət başçısının sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə xalqı meydanlarda demokratiya və milli iradəsini sərgilədikcə çevirilişə cəhd edənlər lazımi dərsini alacaq. Xalqın canı bahasına qoruduğu demokratiyanın bir dastan olduğunu deyən İbrahim Kalın əlavə edib ki, Türkiyə xalqı bütün dünyaya bir daha mesaj verdi ki, bu ölkənin bir sahibi var, o da bu xalqdır. Bu ölkənin bir komandiri var, o da dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.

Xalqı səbr etməyə çağıran ölkə başçısının sözçüsü bildirib ki, belə xoşagəlməz hadisələrin bir daha təkrarlanmaması üçün dövlət əsaslı addımlar atır.

İbrahim Kalın xalqı arxayın edib ki, çevirilişə cəhd göstərənlər darmadağın edilib. Lakin həyata keçirilməsi zəruri olan işlərin də çoxluğunu deyən dövlət başçısının sözçüsü əlavə edib ki, dayanmaq yox yola davam etmək, meydanlara çıxıb demokratiyanı qorumaq lazımdır. Belə olduğu təqdirdə Türkiyənin düşmənləri lazımi dərsi alacaq.



Әlaqәli Xәbәrlәr