Baş nazir Yıldırım ilǝ Yunanıstan Baş naziri Çipras arasında telefon danışığı olub

Xarici ölkǝlǝr, çevrilişǝ tǝşǝbbüsün qarşısı alındıqdan sonra hökümǝtǝ dǝstǝklirini açıqlamaqda davam edirlǝr.

531526
Baş nazir Yıldırım ilǝ  Yunanıstan Baş naziri Çipras arasında telefon danışığı olub

Yunanıstan baş naziri Aleksis Çipras, Baş nazir Binali Yıldırıma telefon edǝrǝk, Türk xalqını və hökuməti çevrilişǝ cǝhdin qarşısının alınması ilǝ ǝlaqǝli tǝbrik edib.

Türkiyədə konstitusiya, demokratik rejimin və sabitliyin qorunmasının bütün bölgə üçün əhəmiyyət kǝsb etdiyini, bunun idrakında olduqlarını ifadǝ edǝn Çipras, Yunanıstan xalqı və hökuməti adından dəstəklərini bildirib. Baş nazir Yıldırım da, demokratiyaya və milli iradəyə qarşı silahlı qüvvələr tǝrkibindǝ yer alan bir qrup tərəfindən həyata keçirilən çevrilişǝ tǝşǝbbüsün qarşısının alındığını, demokratiyanın qǝlǝbǝ qazandığını rǝsmi Yunanıstanın həssaslığı və dəstəyini yüksǝk qiymǝtlǝndirdiklǝrini  ifadǝ  edib  vǝ  hǝrbi vertolyot ilə Dǝdǝağaça qaçanların tǝcili olaraq Türkiyəyə qaytarılması istǝyib. Çipras da ölkǝsinǝ sığınan hǝrbçilǝrin Türkiyǝyǝ iadǝsiylǝ bağlı işlǝrǝ başlandığını, Türkiyə ilə əlaqələrin irǝli pillǝlǝrǝ qalxmasını arzu arzuladığını  bildirib. İkitərəfli və Kıbrıs başda  olmaqla regional mövzularda əməkdaşlığa hazır olduqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr