B.Yıldırım: ''Tökülən hər damla qanın hesabını  çox ağır ödәyәcәklәr''

Türkiyәnin  Baş naziri  Binәlı Yıldırım  Fətullah terror təşkilatının çevriliş cәhdi nәticәsindә 208  nəfərin şəhid olduğunu, 1491 nəfərin də yaralandığını bildirib.

531917
B.Yıldırım: ''Tökülən hər damla qanın hesabını  çox ağır ödәyәcәklәr''

Türkiyәnin  Baş naziri  Binәlı Yıldırım  Fətullah terror təşkilatının çevriliş cәhdi nәticәsindә 208  nəfərin şəhid olduğunu, 1491 nəfərin də yaralandığını bildirib.

 Baş nazir  Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı  çevriliş cәhdi zamanı  şəhid olanların 60-nın polis, 3-nün əsgər, 145-nin də mülki vәtәndaş olduğunu bildirib.

Demokratiya uğrunda hәyatları bahasına  mübarizә aparan  polis vә  mülki şәhidlәrә  Allahdan rәhmәt dilәyәn Baş nazir Yıldırım hәm patriyalara hәm dә Türk mediasına  nümayiş etdirdiklәri  milli  mövqe  üçün   tәşәkkür edib.

 Nә qәdәr dә  bu çevriliş cәhdi Türk Silahlı Qüvvәlәri  daxilindә  başladılmış  olsa da  bunu etmәyә cәhd göstәrәnlәrin  TSQ-nin  vәtәni, xalqı vә bayrağını sevәn zabit, zabir heyәti vә mәnsubları ilә heç bir әlaqәsinin olmadığını deyәn B.Yıldırım: ‘‘Bunlar  әsgәr geyimindә olan әli qanlı qatil, terror tәşkilatının mәnsublarıdır’’ deyib.

Sentyabrın 12-dә baş verәn çevriliş zamanı belә  vәtәndaşlara atәş açılmadığını, Milli Mәclis vә Prezident İqamәtgahının bombalanmadığını qeyd edәn Baş nazir ilk andan etibarәn bu cәhdә başçılıq edәnlәrin nәzarәtә alındığını  vә bu anda 7 min 543 nәfәrin  saxlanıldığını   bildirib.

Baş nazir Yıldırım çevriliş cәhdi ilә bağlı günahkarların saxlanılmağa davam etdiyini qeyd edәrәk: "Bu işə cəhd göstәrәnlәr  bilmәlidir ki, tökülən hər damla qanın hesabını  çox ağır ödәyәcәklәr. Bu bizim xalqımıza  qarşı  әn ali vәzifәmizdir’’ – deyә bildirib.

 ‘‘Bu işi kimlәrin gördüyü ilә әlaqәli  sәnәdlәr әlimizdәdir, zamanı gәlәndә  hamısını açıqlayacağıq’’ deyәn Baş nazir xaricdәn dә  hökümәtә edilәn  bu hücumun qәbul  edilmәyәcәyini xatırladıb.

 Baş nazir  B. Yıldırım: ‘‘ Xarici tәhdidlәrә qarşı da әks reaksiyamız , terror tәşkilatlarına qarşı  qәtiyyәtli mübarizәmizdәn dә imtina etmәmişik’’ deyib.

 Bəzi dairələrin iqtisadiyyatın mәnfi  tәsirlәnәcәyi ilә әlaqәdar tәbliğat apardığını  bildirәn Yildırım   maliyyə sisteminin  işlədiyini  vurğulayaraq: ‘‘Mәclis dә fәaliyyәtlәrini davam etdirәcәk: ‘‘Hәyat davam edir’’ deyә bildirib.

 FETÖ liderinin  tәslim edilmәsi üçün ‘‘sәnәd’’ istәyәn Amerika rәhbәrliyinә  isә Baş nazir: ‘‘ çevriliş cәhdindәn daha  güçlü sәnәdmi var’’ deyә qeyd edib.

Binalı Yıldırım verilәn bir sualı belә cavablandırarkәn edam cәzasının yenidәn gәtirilmәsi tәlәblәrini  təhlil etdiklərini,  əvvəlcədən nə qəbulunun nə də reddinin mümkün olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr