Çevriliş cəhdindən sonra Baş Qərargahdan ilk rəsmi açıqlama

"Dövlətin və uca millətin əmrindəyik" sözlərilə başlanan şərhdə deyilir:

531266
Çevriliş cəhdindən sonra Baş Qərargahdan ilk rəsmi açıqlama

  Xainlərin cəhdi məqsədinə çatmadan zərərsizləşdirildi. Xəyanətkarların qarşısında ən böyük maneə uca millətimizdir.

  2016-cı ilin 15 iyul tarixi axşam saatlarında Türkiyə Silahlı Qüvvələri bünyəsində yuva quran qeyri-qanuni terror şəbəkəsi mənsublarının xain cəhdlərinə Türkiyə Silahlı Qüvvələrinin qəhrəman oğularının vaxtında verdiyi reaksiya və Təhlükəsizlik Qüvvələrinin də onlara mərdanə yardımı nəticəsində xəyanətkarlar məqsədlərinə çata bilmədən zərərsizləşdirildilər.

  Çevriliş cəhdi başlanan kimi hadisəni eşidən qədirbilən xalqımız öz bağrından çıxan Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladlarını qorumaq və demokratik hüquq sisteminə vurulan zərbənin qarşısını almaq üçün küçələrə çıxdı və bu xainlərə lazımi ən gözəl və ən böyük dərsi verdi. Edilən xain cəhdin əngəllənməsində ən böyük rol uca millətimizə məxsusdur. Qeyri-qanuni qruplaşmanın üzvləri - çevriliş edənlər tutulub, hüquqi qaydalarla layiq olduqları cəzanı ən ağır şəkildə alacaqlar.



Әlaqәli Xәbәrlәr