Ərdoğan Obamadan Fətullah Gülənin təslim edilməsini istəyir

İstanbuldakı iqamətgah qarşısında toplanan xalqa xitab edən Ərdoğan çıxışında Obamaya: “Əgər biz strateji əməkdaşıqsa, bu tələbimizi yerinə yetir”, - deyə səslənib

530831
Ərdoğan Obamadan Fətullah Gülənin təslim edilməsini istəyir

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamadan Fətullah Güləni Türkiyəyə təslim etməsini istəyir.

  İstanbuldakı iqamətgah qarşısında toplanan xalqa xitab edən Ərdoğan çıxışında Obamaya: “Əgər biz strateji əməkdaşıqsa, bu tələbimizi yerinə yetir”, - deyə səslənib.

  Dövlət başçısı deyib: “Çevirilişə cəhd edənlər Türkiyə Silahlı Qüvvələri daxilində bir bəd xassəli xərşəng kimi idi. Artıq Silahlı Qüvvələr bu şişdən təmizləndi. Hadisəni törədənlər barədə həbs qərarını verən müvafiq məhkəmələrə təşəkkür edirəm… Bu çevriliş cəhdi Türkiyənin inkişafını həzm edə bilməyən və özünü ağıllı sayanların əməliyyatı idi və qarşısı xalqın meydanlara axışmasıyla alındı… Xalqı Türkiyə Silahlı Qüvvələri ilə qarşı-qarşıya gətirmək istəyən xarici güclərin oyununa alət olmadıq… Artıq işıqlı sabaha birgə addımlamağa davam edəcəyik. Ölkəni 3-5 nəfər terrorçuya verməyəcəyik”.



Әlaqәli Xәbәrlәr