İstanbulda YUNESKO Dünya İrs Komitəsinin 40-cı toplantısı keçirilir

Baş nazir Binəli Yıldırım qurumun böyük vəzifə daşıdığını vurğulayıb.

526748
İstanbulda YUNESKO Dünya İrs Komitəsinin 40-cı toplantısı keçirilir

Baş nazir Binəli Yıldırım İstanbulda keçirilən YUNESKO-nun Dünya İrs Komitəsinin 40-cı toplantısının açılış mərasiminə video bağlantı ilə qoşulub. O, qurumun böyük vəzifə daşıdığını vurğulayıb.

Uzun illərdir ki, müxtəlif mədəniyyətlərə ev sahibliyi edən, iki qitə arasında bir dünya şəhərinə çevirilən İstanbulun açıq hava altında muzey olduğunu deyən baş nazir əlavə edib ki, bu tədbirin də İstanbulda keçirilməsinin əhəmiyyəti böyükdür.

Binəli Yıldırım bildirib ki, YUNESKO yaradıldığı gündən dünya mədəni irsini qorumaq məqsədi ilə böyük işlər görüb. Lakin hələ həyata keçirilməsi vacib işlər də çoxdur.

“Bir tərəfdən dünyanın bir çox yerində davam edən müharibələr tarixi-mədəni dəyərləri məhv edir, digər tərəfdən də mədəni inkişaf adı ilə keçmişimizə söykənən əsərləri öz əlimizlə yox edirik. Buna görə də YUNESKO daha böyük vəzifə, məsuliyyətlər daşıyır. Bu işdə beynəlxalq cəmiyyətin də köməyi vacibdir. Bunun üçün isə BMT rəsmiləri dövlətlərlə sıx əlaqədə olmalıdır. İstanbulda keçirilən konfransda YUNESKO-nun gələcək fəaliyyət istiqamətinə dair qəbul ediləcək qərarların ölkəmiz, həmçinin digər dünya dövlətləri üçün əhəmiyyətli olacağına inanıram. Bütün iştirakçılara uğurlar arzulayıram”-deyə Türkiyə baş naziri çıxışını yekunlaşdırıb.



Әlaqәli Xәbәrlәr