“Beynəlxalq təhlükəsizlik getdikcə daha kövrək bir hala gəlib”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün tədbirin keçiriləcəyi Polşanın paytaxtı Varşavaya hərəkətindən əvvəl Atatürk Havalimanı Dövlət Qonaq Evində jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

525373
“Beynəlxalq təhlükəsizlik getdikcə daha kövrək bir hala gəlib”, R.T.Ərdoğan

  Ötən həftələr İstanbuldan sonra İraq və Səudiyyə Ərəbistanında baş verən terror hücumlarına diqqət çəkən Ərdoğan beynəlxalq təhlükəsizliyin getdikcə daha kövrək bir hala gəldiyini söyləyib. Bu vəziyyətin təkcə Yaxın Şərq və Şimali Afrikadakı bir neçə ölkədə deyil, qlobal ölçüdə gərginləşdiyini deyən Türkiyə dövlət başçısı dünyanın DAEŞ, Əl-Qaidə, PYD, PKK, YPG kimi terror təşkilatlarının yeni təhlükəsizlik təhdidləriylə qarşı-qarşıya qaldığını bildirib.

  Qaçqın böhranı və köç hərəkatını da dilə gətirən Ərdoğan deyib: “Qlobal sabitlik və güc tarazlığının davamı üçün Avropa həmrəyliyini davam etdirməli və NATO Türkiyənin təhlükəsizliyini kölgə altına salan proseslər qarşısında daha çox səy göstərməlidir”.

  Verilən bir suala cavab olaraq Ərdoğan G 20 Sammitindən əvvəl rusiyalı həmkarı Vladimir Putinlə bu ayın sonu və ya avqustda görüşəcəyini deyib.

  NATO Sammitində İraq və Suriyadakı proseslərə həm ikitərəfli danışıqlarda, həm də ümumi iclaslarda toxunulmasını vacib hesab edən Türkiyə dövlət başçısı bu barədə bunları söyləyib: "Hadisələrin üzərindən yüngül keçmək olmaz. Təkcə Suriyada 6 ildir müharibə gedir. Bu 6 ildə 600 minə yaxın insan öldürülüb. Sanki xəritədən silinəcək bir vəziyyətə doğru gedən bir Suriya var. Tarixi əsrlərə, minillikərə söykənən bir ölkənin yox edilməsinə göz yummaq, laqeyd qalmaq mümkün deyil."

  Bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün tədbirin keçiriləcəyi Polşanın paytaxtı Varşavaya hərəkətindən əvvəl Atatürk Havalimanı Dövlət Qonaq Evində jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən deyib.  



Әlaqәli Xәbәrlәr