Әrdoğanla Putin arasında telefon danışığı olub

Telefon danışığının “çox semeleri” keçdiyi bildirilib.

520752
Әrdoğanla Putin arasında telefon danışığı olub

Әrdoğanla Putin arasında telefon danışığı olub

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ilǝ Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Cümhurbaşqanlığı mǝnbǝlǝri tǝrǝfindǝn telefon danışığı haqqında yayımlanan açıqlamada bildirilib ki, söhbǝtdǝ ǝlaqǝlǝrin normallaşmasından danışıldı. İki liderin üz-üzǝ görüş keçirmǝsi barǝdǝ razılıq ǝldǝ edildi. Liderlǝr ǝlaqǝlǝrin bǝrpası barǝdǝ razılaşdılar.

Dövlǝt başçısı Әrdoğan ilǝ Putin arasında baş tutan telefon danışığında Türkiyǝ-Rusiya arasındakı ikitǝrǝfli münasibǝtlǝrǝ yenidǝn fǝallıq qazandırılması mǝsǝlǝsi vǝ terrorla ortaq mübarizǝ mövzularında qǝrarlılıq vurğulanıb.

Putin telefon danışığından sonra “Türkiyǝ ilǝ ǝlaqǝlǝrdǝ yeni sǝhifǝni açmağın vaxtıdır” deyib.

Rusiya prezidenti Putin Atatürk Hava Limanında törǝdilǝn terror aktına görǝ Türkiyǝyǝ başsağlığı da verib.

Kremlin tǝrǝfindǝn verilǝn açıqlamada da iki liderin görüşdǝ terrora qarşı daha yaxın ǝmǝkdaşlığa ehtiyac olduğunu vurğuladıqları bildirilib.

Açıqlamada Putinin rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verdiyi, ticari ǝlaqǝlǝr dǝ daxil olmaqla Türkiyǝ ilǝ ǝlaqǝlǝrin bǝrpası barǝdǝ hökumǝtǝ vǝzifǝ tapşırdığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr