İstanbulun Atatürk hava limanında partlayış

Ədliyyə naziri Bəkir Bozdağ İstanbul Atatürk hava limanındakı terror hücumu zamanı 10 nəfərin həlak olduğunu bildirib.

520256
İstanbulun Atatürk hava limanında partlayış

Ədliyyə naziri Bəkir Bozdağ İstanbul Atatürk hava limanındakı terror hücumu zamanı 10 nəfərin həlak olduğunu bildirib.

Nazir bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”.

Bozdağ 20-yə qədər də yaralının olduğunu deyib. 

Baş nazir Binəli Yıldırım Atatürk hava limanında baş vermiş partlayışla bağlı Daxili İşlər naziri  Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.    



Әlaqәli Xәbәrlәr