Qǝzzaya yardım aparacaq ilk gǝmi cümǝ günü hǝrǝkǝt edǝcǝk

Baş nazir Binali Yıldırım Türkiyǝdǝn Qǝzzaya yardım aparacaq ilk gǝminin cümǝ günü hǝrǝkǝt edǝcǝyini söylǝyib.

519295
Qǝzzaya yardım aparacaq ilk gǝmi cümǝ günü hǝrǝkǝt edǝcǝk

Baş nazir Binali Yıldırım Türkiyǝdǝn Qǝzzaya yardım aparacaq ilk gǝminin cümǝ günü hǝrǝkǝt edǝcǝyini söylǝyib.

İsrail ilǝ qǝbul edilǝn razılaşmanın detallarını açıqlayan Yıldırım İsrailin Aşdod limanına gedǝcǝk gǝminin 10 min tondan artıq humanitar yardım daşıyacağını bildirib.

Onun sözlərinə görə, iyunun 28-də Xarici İşlər Nazirliyinin müşaviri qarşı tərəflə müvafiq sənədi imzalayacaq. Sonra isǝ təsdiqlənmə prosesi olacaq. Sənəd Türkiyə Böyük Millət Məclisində təsdiqlənəcək.

B.Yıldırım əlaqələrin normallaşmasının Türkiyə və İsrail xalqlarının xeyrinə olduğunu söyləyib. Onun sözlərinə görə, bundan sonra səfirlər qarşılıqlı olaraq, fəaliyyətlərini davam etdirəcəklər.

Romada səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu da əlaqələrin normallaşması ilə bağlı bəyanat verib. Netanyahu açıqlamada ölkǝsinin Türkiyǝ ilǝ ǝlaqǝlǝrin normallaşması barǝdǝ qǝbul edilǝn razılaşmanın çox önǝmli addım olduğunu vǝ iqtisadiyyatları üçün genişmiqyaslı tǝsirinin olacağını söylǝyib.

Netanyahu   razılaşmanın Orta Şǝrqdǝ sabitliyin tǝmin edilmǝsinǝ kömǝk olacağını, İsrail tǝbii qazının Türkiyǝ üzǝrindǝn Avropaya çatdırılmasına imkan yaradacağını qeyd edib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmiş, Türkiyənin 9 vətəndaşını öldürmüşdü.



Әlaqәli Xәbәrlәr