Dövlǝt başçısı iftar süfrǝsindǝ ictimai rǝy liderlǝrinǝ sǝslǝnib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan ictimai rǝy liderlǝrilǝ iftar süfrǝsindǝ bir araya gǝlib.

517081
Dövlǝt başçısı iftar süfrǝsindǝ ictimai rǝy liderlǝrinǝ sǝslǝnib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-ya dǝstǝk verən bələdiyyələr haqqında qanunda dǝyişikliyin Məclis bağlanmadan qǝbul edilǝcǝyini bildirib.

 Ərdoğan Cümhurbaşqanlığı Kompleksindǝ  ictimai rǝy liderləri ilə iftar süfresinde bir araya gəlib.

Cənub-şərqi Anadolu Bölgəsindəki bəzi bələdiyyələrin büdcəsindəki pulu terror təşkilatı PKK-ya verdiklǝrini vurğulayan Ərdoğan deyib ki, bu günlǝr onların yaxşı günleridir, bunların cavabını verǝcǝklǝr.

 Ərdoğan terrora yardım etdiklərini söylǝdiyi bələdiyyələr və siyasi partiya HDP-yǝ sərt reaksiya göstərǝrǝk, bu partiyanın belǝ bir siyasetle millǝti yaxud da dünyanı aldada bilmǝyǝcǝyini vurğulayıb vǝ deyib ki, artıq terror tǝşkilatı PKK-ya vǝ onun davamı olan tǝşkilatlara qarşı bütöv olaraq mübarize aparalır. Әlinde silah olan qarşısında tehlükǝsizlik qüvvǝlǝrimizi görǝcǝkdir.  

 Dövlǝt başçısı Ərdoğan əməliyyatların başa çatdırdığı şǝhǝr vǝ qǝsǝbǝlǝrdǝ bǝrpa işlǝrinin davam etdiyini dǝ vurğulayıb.

 Әrdoğan Avropa İttifaqına da sərt mesajlar göndererek, Avrupanın Türkiyənin terrorla mübarizəsində səssiz qaldığını, terrorçulara cəzalarını vermək əvəzinə vasitəçilik etdiyini deyib.

 İctimai rǝy liderlərinə də səslənən Ərdoğan deyib ki, terror təşkilatı PKK və onun davamı olanların gerçǝk üzünü millətə daim izah etməlisiniz. Sizlər bizi təmsil edirsiniz. Elə isə təmsilçisi olduğunuz qardaşlarınıza bunu izah etməlisiniz. Ölkə və regionumuz öz tarixinə, öz torpağına biqanǝ, başqalarının formalaşdırdığı bu tǝşkilatdan tamamilə xilas olacaqdır.



Әlaqәli Xәbәrlәr