Mövlud Çavuşoğlu Pedro Agramunt vә Frans Timmermans ilə telefon ǝlaqǝsi saxlayıb
Xarici işlər Naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt və Avropa İttifaqı Komissiyası sədrinin birinci müavini Frans Timmermans ilə telefon ǝlaqǝsi saxlayıb.

Çavuşoğlu Aqramunt ilə görüşündə Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündǝliyindǝki mövzular haqqında fikir mübadilǝsi aparıblar.
Çavuşoğlu-Timmermans görüşündə isə, Türkiyə ilə Aİ arasında viza sǝrbǝstliyi başda olmaqla Türkiyə-Aİ münasibətləri çǝrçivǝsindǝ gündəmdə olan məsələlər müzakirə olunub.
Çavuşoğlu və Timmermans hǝmçinin iyunun 30-da Brüsseldə bir araya gələrək aktual mövzuları müzakirǝ etmǝk barәdә razılıq ǝldǝ edib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə 1 milyon 200 mindən çox insan peyvənd olunub
İndiyədək ölkənin hər yerində 1 milyon 200 mindən çox insana peyvəndin ilk dozası tətbiq edilmişdir.

"Fərat qalxanı" əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib
Suriyanın Azez bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan yeddi terrorçu zərərsizləşdirilib.