“Dünya yetimlər günü” münasibətilə İstanbulda iftar mərasimləri təşkil edilib

“Dünya yetimlər günü” münasibətilə İstanbul Fateh Memar Sinan Stadionunda İstanbulda xüsusi bir iftar mərasimi keçirilib.

514861
“Dünya yetimlər günü” münasibətilə İstanbulda iftar mərasimləri təşkil edilib
dünya yetimler günü, sergi.jpg

“Dünya yetimlər günü” münasibətilə İstanbul Fateh Memar Sinan Stadionunda İstanbulda xüsusi bir iftar mərasimi keçirilib.

Humanitar Yardım Vəqfi tərəfindən təşkil olunan iftarda 14 ölkədən 2 mindən çox yetim uşaq iştirak edib.

İstanbulda yaşayan təxminən 500 yetim uşaq da iftara dəvətlilər arasında olub.

"Dünya yetimlər günü" münasibətilə İstanbulun Dolmabaxça Milli Saraylar Sərgi Salonunda isə sərgi açılıb.

Bu arada, Ədalət və İnkişaf Partiyasının sədr müavini Cövdət Yılmaz Bingöldə "Dünya yetimlər günü" münasibətilə verilən iftar mərasimində iştirak edib.

Cövdət Yılmaz İslam dininə görə yetimlərin Allahın əmanətləri olduğunu bildirərək, Türkiyənin Suriyada yetim qalanlara da hami olacağını deyib.

 



Әlaqәli Xәbәrlәr