Türkiyǝ Rusiyanın hava mǝkanında yoxlamalar keçirǝcǝk

Türkiyǝ fevral ayında Rusiyanın Türkiyǝnin hava mǝkanında yoxlama aparmasına icazǝ vermǝmişdi.

510118
Türkiyǝ Rusiyanın hava mǝkanında yoxlamalar keçirǝcǝk

Rusiya Müdafiǝ Nazirliyi Nüvǝ risk azaltma mǝrkǝzinin sǝdri Sergey Rıjkov Türkiyǝ vǝ Finlandiyadan mütǝxǝssislǝrin yer aldığı ortaq missiyanın 13-17 iyun tarixlǝrindǝ Rusiyanın hava mǝkanında yoxlamalar keçirǝcǝyini açıqlayıb.

Yoxlamanın “Açıq Sǝmalar Müqavilǝsi” çǝrçivǝsindǝ aparılacağını ifadǝ edǝn Rıjkov mütǝxǝssislǝrin Türkiyǝyǝ mǝxsus SN-235 tipli tǝyyarǝ ilǝ sǝfǝr edǝcǝyini deyib.

SN-235 növ tǝyyarǝlǝrin silahla tǝchiz edilmǝyǝn bir tǝyyarǝ növü olduğunu da qeyd edǝn Rıjkov tǝyyarǝnin vǝ üzǝrindǝki yoxlama aparatının beynǝlxalq nǝzarǝtdǝn keçirildiyini bildirib.

Sergey Rıjkov rus mütǝxǝssislǝrin yoxlama zamanı tǝyyarǝdǝ olacağını vǝ razılıq ǝldǝ edilǝn uçuş marşrutlarına dǝqiq şǝkildǝ ǝmǝl edilmǝsini vǝ razılıq çǝrçivǝsindǝ nǝzǝrǝ alınan müşaiyǝt texnikalarından istifadǝ edilmǝsini kontrol edǝcǝyini bildirib.

Qeyd edǝk ki, Türkiyǝ fevral ayında Rusiyanın Türkiyǝnin hava mǝkanında yoxlama aparmasına icazǝ vermǝmişdi.

Türkiyǝ Xarici İşlǝr Nazirliyi “Rusiyanın 2-5 fevral tarixlǝri arasında tǝlǝb etdiyi yoxlama uçuşununun marşrutunda razılıq ǝldǝ edilǝ bilmǝdiyinǝ görǝ uçuş rǝallaşa bilmǝmişdir” deyǝ açıqlama vermişdi.



Әlaqәli Xәbәrlәr