Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-da jurnalistlərin suallarını cavablandırıb

Ərdoğan  Məhəmməd Əlinin azadlıq mücadiləsini, xüsusilə ədaslətsiz müharibələrə qarşı mübarizəsini yüksək dəyərləndirib.

507779
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-da jurnalistlərin suallarını cavablandırıb
cumhurbaşkanı ahıska iftar.jpg
cumhurbaşkanı müze1.jpg

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün Amerika Birləşmiş Ştatlarına gələn Ərdoğan Louisvil şəhərində həyat yoldaşı Əminə Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə Məhəmməd Əli muzeyini ziyarət ediblər.

Muzeydə xarici jurnalistlərin suallarını cavablandıran Ərdoğan  Məhəmməd Əlinin azadlıq mücadiləsini, xüsusilə ədaslətsiz müharibələrə qarşı mübarizəsini yüksək dəyərləndirib.

ABŞ-da hər hansı bir rəsmi görüşünün olmayacağını, yalnız dəfn mərasimində iştirak etmək üçün gəldiyini deyən Ərdoğan Suriya böhranına da toxunub. Türkiyə dövlət başçısı deyib ki, Əsəd rejimi təcrid edilməlidir. Bu üzdən təkcə Türkiyədə 3 milyon qaçqın var.

ABŞ-dan ayrılmazdan əvvəl Axısqa türklərinin verdiyi iftarda da iştirak edən Ərdoğan ölkəsinin 1300 Ahıska türkünə qucaq açdığını, onları qəbul etdiyini söyləyib.

Çıxışında Türkiyə dövlət başçısı birlik və bərabərlik mesajı da verərək bildirib ki, birliyimizi möhkəmləndirəcəyimiz təqdirdə, insanlar sülhə, əmin-amanlığa, səadətə qovuşacaqlar.

 



Әlaqәli Xәbәrlәr