Putin: "Türk Axını" qaz kəməri layihəsindən imtina etməmişik"
Rusiya Prezidenti Vladimir Putin rus qazının Türkiyə üzərindən Avropaya nəqlini hədəfləyən "Türk Axını" layihəsindən imtina etmədiklərini açıqladı.

Kremldə İsrail Baş Naziri Binyamin Netanyahu ilə görüşən Vladimir Putin keçirilən birgə mətbuat konfransında Türkiyə- Rusiya münasibətlərinə toxundu.
Putin: "Türk Axını" qaz kəməri layihəsindən imtina etməmişik, lakin Türkiyə ilə bəzi siyasi problemlərimiz var. Eyni zamanda, Avropa Komissiyasının sözügedən layihə ilə əlaqədar mövqeyi aydınlaşmalıdır. Hazırda belə bir dəqiqlik müşahidə olunmur" dedi.
Qeyd edək ki, Rusiyanın enerji şirkəti "Qazprom"un Türkiyəyə satdığı təbii qazda daha əvvəl razılaşdırılan 10 faizlik güzəşti əks etdirməməsi səbəbindən "Türk Axın" layihəsində irəliləyiş qeyd olunmamışdı.
Türk hava məkanını pozan Rusiya qırıcısının vurulmasından sonra da hər iki ölkə rəsmiləri layihədəki danışıqların dayandırılması dair bəyanatlar vermişdilər.
Әlaqәli Xәbәrlәr

Mövlud Çavuşoğlu Anar Kәrimovla görüşüb
Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.