“Əfqan xalqı Türkiyəyə Qurtuluş Savaşında böyük dəstək verdi”, F.İşıq

Türkiyənin Milli Müdafiə naziri Fikri İşık Əfqanıstanın paytaxtı Kabildə rəsmi səfərdə olub

504672
“Əfqan xalqı Türkiyəyə Qurtuluş Savaşında böyük dəstək verdi”, F.İşıq

   Nazir ilk olaraq Əfqanıstan Müdafiə Nazirliyinin əvəzedici naziri Abdullah Xan Həbibi ilə görüşüb. Görüşdə əsasən iki ölkə arasında hərbi əməkdaşlıq imkanları və regional mövzular müzakirə edilib.

  Türkiyənin Milli Müdafiə naziri Türkiyə-Əfqanıstan rəsmi əlaqələrinin başlanmasının 95-ci ilində bu ölkəyə səfərdə olduğu üçün məmnunluq duyduğunu dilə gətirib. Qarşı tərəf də öz növbəsində Türkiyənin son 15 ildə müxtəlif sahələrdə Əfqanıstana əhəmiyyətli yardımlar etdiyini vurğulayıb.

  Daha sonra Əfqanıstanın Baş naziri Abdullah Abdullahla bir araya gələn Fikri İşıq Türkiyənin Əfqanıstana dəstəyinin hər sahədə davam edəcəyini bildirib. Baş nazir də Türkiyənin ölkəsinə olan dəstəyinin əhəmiyyətindən danışıb.  

  Türkiyənin Milli Müdafiə naziri Fikri İşıq daha sonra Əfqanıstan prezidenti Əşrəf Qəni tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında əlaqələr, Əfqanıstanda təhlükəsizlik və siyasi vəziyyət, NATO-nun Əfqanıstanda varlığı kimi mövzular müzakirə olunub. Əşrəf Qəni deyib: "Türkiyə əfqan əsgərinin təlimiylə bağlı bizə ciddi dəstək verir. Əsgərlərimiz həm Türkiyədə təlim keçir, həm də türk zabitlər Kabildə əsgərimizi öyrədir."

  Fikri İşıq da qarşılığında Əfqanıstan prezidentinə bu sözləri deyib: “Türkiyəyə Qurtuluş Savaşında böyük dəstək verən əfqan xalqı ilə türk xalqı arasında sarsılmaz bir bağ var… İki ölkə arasında əlaqələr 95 il əvvəl Atatürk və Əmənullah Xan ilə başlayıb. Bu gün də ölkələrimiz arasında əlaqələri irəli aparmaq üçün səylər göstəririk”.



Әlaqәli Xәbәrlәr