“Agit”, “Kava”, “Hebatkar-Karker” kimilərdən bölgə “Azad” oldu

Türkiyənin Mardin şəhəri Nusaybin qəsəbəsində və Şırnakda terror təşkilatı PKK-ya istiqamətli əməliyyatlar tamamlanıb

503742
“Agit”, “Kava”, “Hebatkar-Karker” kimilərdən bölgə “Azad” oldu

  Nusaybində PKK terrorçularının qazdığı xəndəklər torpaqla doldurulub, qurulan barrikadalar aradan qaldırılıb, tələ-partlayıcılar məhv edilib və ictimai qayda yenidən bərpa olunmağa başlayıb.

  14 martda elan edilən küçəyə çıxma qadağasından sonra başlanılan və dünən tamamlanan əməliyyatda terror təşkilatına ağır zərbələr vurulub.

  Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrinin iştirakıyla olan əməliyyatda çevrənin daralması qarşısında təşkilat mənsublarının yaşadığı çaxnaşma öz aralarındakı rabitə danışıqlarından müəyyən edilib. Bir danışıqda "Agit" kod adlı terrorçuya "Yandıraraq qaçın" təlimatı gəlib. Amma o, əməliyyat zamanı zərəsizləşdirilib.

  Əməliyyat zamanı PKK-nın sözdə Nusaybin ikinci məsulu "Kava" ləqəbli adam - Veysi Akgün 23 mayda tutulub. Onun yoldaşı, "Hebatkar-Karker" kod adlı Zamani Çamak isə 30 mayda ölü ələ keçirilib.

  Haqqında 32 cinayət qovluğu olan Çamak 2012-ci ildən etibarən sözdə Mardin əyalətinin xüsusi hərbi qüvvə məsulu olaraq fəaliyyət göstərib və 2016-cı ildən bu yana təşkilatın Nusaybin üzrə məsuluydu. O, axtarılan terrorçular siyahısında "narıncı" adlı kateqoriyada idi.

  Təslim olan terrorçulara görə məsul, "Azad" ləqəbli digər terrorçu isə  müvəffəqiyyətsizliyinə görə digər terrorçular tərəfindən edam edilib.

  Şırnakın mərkəzində də terror təşkilatı PKK-ya istiqamətli 14 martda başlanılan əməliyyat sona çatıb.

  Əməliyyatda bu günə qədər 498 terrorçu zərərsizləşdirilib, 240 barrikada aradan qaldırılıb, 39 xəndək doldurulub, təxminən 50 ton ağırlığında 1539 əl istehsalı partlayıcı məhv edilib və 4131 ev nəzarətə götürülüb. 10 əsgər, 9 polis, 20 təhlükəsizlik qüvvəsi əməkdaşı isə şəhid olub, 2 vətəndaş həyatını itirib.

  PKK terrorçularının qurduğu tələ-partlayıcılarının təsbiti və məhvi məqsədilə təhlükəsizlik qüvvələrinin ətraflı axtarış fəaliyyətləri də bitdikdən sonra şəhər mərkəzində küçəyə çıxma qadağası sona çatacaq.



Әlaqәli Xәbәrlәr