Nusaybindә PKK-ya qarşı әmәliyyatlar davam edir

Türkiyәnin Mardin şәhәrinin  Nusaybin qәsәbәsindә terror tәşkilatı PKK terrorçuları tәrәfindәn yerlәşdirilәn  bombanın partlaması nәticәsindә  1 әsgәr şәhid olub, 2 tәhlükәsizlik әmәkdaşı yaralanıb.

503138

Nusaybindә martın 14-dә elan edilәn komendant saatından  etibarәn  Türk Silahlı Qüvvәlәri ilә hüquq-mühafizә orqanlarının  terror tәşkilatına qarşı әmәliyyatları davam edir.

Tәhlükәsizlik qüvvәlәrinin qәsәbәdә hәyata keçirdiklәri әmәliyyat zamanı  terrorçular tәrәfindәn yerlәşdirilәn  partlayıcı qurğunun  partlaması nәticәsindә  biri ağır olmaqla  3 tәhlükәsizlik әmәkdaşı yaralanıb.

Vәziyyәti ağır olan әsgәr xәstәxanada edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olub.

Yaralanan 2  tәhlükәsizlik әmәkdaşının isә  vәziyyәtinin  yaxşı olduğu bildirilir.

Diyarbәkirdә dә hәrbi avtomobil keçdiyi zaman terrorçular  tәrәfindәn yol kәnarına yerlәşdirilәn partlayıcı qurğunun partlaması nәticәsindә  1-i ağır olmaqla 7 әsgәr yaralanıb.

Qeyd edәk ki, partlayışdan sonra bölgәyә tәcili tibbi maşınlar göndәrilib.

Әlaqәli Xәbәrlәr