Әrdoğan ilǝ Merkel arasında telefon danışığı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilǝ telefonla danışıb.

501554
Әrdoğan ilǝ Merkel arasında telefon danışığı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilǝ telefonla danışıb.

Cümhurbaşqanlığı mǝnbǝlǝrindǝn ǝldǝ edilǝn mǝlumata ǝsasǝn, Әrdoğan telefon danışığında 1915-ci il hadisǝlǝrinǝ dair qanun layihəsinin iyunun 2-dǝ Bundestaq tərəfindən sǝsǝ qoyulmasına dair narahatlığını dilǝ gǝtirib. 

Görüşdǝ Türkiyǝnin hǝssaslıqlarına diqqǝt çǝkǝn Әrdoğan Almaniyanın qanun layihǝsi barǝdǝ mǝntiqli bir mövqe ortaya qoymasının ǝhǝmiyyǝt kǝsb etdiyini vurğulayıb.

Әrdoğan vǝ Merkel telefon danışığında qaçqınların geri qǝbuluna dair saziş vǝ Türk vǝtǝndaşlarına Şengen bölgǝsi üçün tǝtbiq edilǝn viza rejiminin lǝğvi mövzusunda müvafiq qurumlar arasındakı görüşlǝrin davam etdiyini dilǝ gǝtiriblǝr.

Digǝr tǝrǝfdǝn Dövlǝt başçısı Әrdoğan bu mǝsǝlǝni Afrikaya sǝfǝrindǝn ǝvvǝl Adnan Mǝndǝrǝs hava limanında tǝşkil etdiyi mǝtbuat konfransında da dǝyǝrlǝndirǝrǝk deyib ki,

Almaniya ilǝ aramızdakı ǝlaqǝlǝr çox yüksǝk sǝviyyǝdǝdir. Belǝ bir tora düşsǝlǝr iki ölkǝ arasındakı ǝlaqǝlǝr korlanar. Zǝnnimcǝ bunların hamısı düşünülǝcǝkdir. Hǝlǝ qǝbul edilmǝmiş bir qǝrarı dǝyǝrlǝndirmǝk düzgün deyildir. Bir qǝrar qǝbul edilǝcǝyi tǝqdirdǝ dǝyǝrlǝndirǝrik. Buna beynǝlxalq hüquqa görǝ biz ǝmǝl etmǝk mǝcburiyyǝtindǝ deyilik.



Әlaqәli Xәbәrlәr