Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Adnan Mǝndǝrǝs hava limanında coşğulu izdihama səslənib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın da, onun davamı olan digǝr terror tǝşkilatlarının da artıq gücü qalmadığını bildirib.

500732

 Baş nazir Binali Yıldırım ilə birlikdə Әfǝs-2016 hǝrbi təlimini izlǝmǝk mǝqsǝdi ilǝ gecə gec saatlarda İzmirə gedən Dövlǝt başçısı Ərdoğanı hava limanında minlərlə insan qarşılayıb.

 Adnan Mǝndǝrǝs hava limanında coşğulu bir izdihama səslənən Dövlǝt başçısı terrorla mübarizə mövzusunda uğurlu əməliyyatlarla terror təşkilatı PKK-ya ağır zərbələr vurulduğunu bildirǝrǝk, təşkilatla arasına məsafə qoymayıb ona dəstək verǝn millǝt vǝkillǝrinin toxunmazlıqlarının götürülmǝsi üçün vacib olanların yerinǝ yetirilǝcǝyini deyib.

 Ərdoğan “Fetullahçı terror təşkilatı” ilǝ də mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayaraq deyib ki, tək dövlətimiz var, o da Türkiyə Cümhuriyyəti Dövlətidir.

Әrdoğan Paralel dövlǝt idarǝetmǝ tǝşkilatlanmasına üz tutan terror təşkilatının başçısının ABŞ-ın Pensilvaniya ştatında qorunmasına da reaksiya göstərib.

 Dövlǝt başçısı Ərdoğan deyib ki, Milli Təhlükəsizlik Şurasında qanuna uyğun  kimi görünǝn qeyri-qanuni təşkilatların adının “Fetullahçı terror təşkilatı” kimi qeyd olunması barǝdǝ qǝrar qǝbul edildi.

Әlaqәli Xәbәrlәr