Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kilisə atılan raketlərlə əlaqədar son məlumatı
DEAŞ tərəfindən Suriya ərazisindənTürkiyənin Kilis şəhərinə atılan raketlərdən sonra Türk Silahlı Qüvvələri fırtına mərmiləri ilə cavab verdi.
499310

Koalisiya təyyarələrinin də havadan dəstəyi ilə104 DEAŞ terrorçusu zərərsizləşdirildi.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Suriyadan Kilisin Elbeyli qəsəbəsinə və sərhəddəki iki məntəqəyə raket və toplarla atəş edən DEAŞ mövqelərinə 233 Fırtına topu, 40 minomyot və dörd tank ilə cavab atəşi edildiyi və bu hədəflərə qarşı koalisiya təyyarələri ilə 11 hava hərəkatının keçirildiyi barədə məlumat verdi.
Məlumatda cavab atəşləri və hava hərəkatı nəticəsində terror təşkilatı DEAŞ-ın qərargah kimi istifadə etdiyi yeddi binanın məhv edildiyi də bildirilir.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 169 ölüm faktı qeydə alınıb.