M.Çavuşoğlu: "Üç milyon suriyalı vǝ iraqlının arasında 300 minǝ yaxın Türkmǝn var"

Ankarada keçirilǝn Suriya Türkmǝn Mǝclisinin növbǝti iclasında çıxış edǝn Çavuşoğlu Türkmǝnlǝrin bu iclasda Bayırbucaq, Hǝlǝb, Tartus, Hǝma, Homs, İdilib, Rakka vǝ Dǝmǝşqi tǝmsil etdiklǝrini vurğulayıb.

498247
M.Çavuşoğlu: "Üç milyon suriyalı vǝ iraqlının arasında 300 minǝ yaxın Türkmǝn var"

Xarici İşlǝr naziri Mevlüt Çavuşoğlu hansı kök vǝ yaxud da mǝzhǝbdǝn olmasına baxmayaraq Suriya xalqının demokratik, ǝksǝriyyǝtin sǝsi vǝ azadlıqdan tǝrǝf olan bir dövlǝt qurğusuna qovuşması arzusunu hǝr plafpormada dǝstǝklǝdiklǝrini söylǝyib.

Ankarada keçirilǝn Suriya Türkmǝn Mǝclisinin növbǝti iclasında çıxış edǝn Çavuşoğlu Türkmǝnlǝrin bu iclasda Bayırbucaq, Hǝlǝb, Tartus, Hǝma, Homs, İdilib, Rakka vǝ Dǝmǝşqi tǝmsil etdiklǝrini vurğulayıb.

Әsǝd rejimi PYD vǝ DEAŞ kimi terror tǝşkilatlarının hücumları nǝticǝsindǝ hǝyatlarını itirǝn şǝhidlǝri rǝhmǝtlǝ yad etdiklǝrini dilǝ gǝtirǝn nazir onları ǝsla unudmayacaqlarını qeyd edib.

3 milyondan artıq suriyalı vǝ iraqlıya ev sahibliyi edǝn Türkiyǝnin hǝrbdǝn, zülmdǝn, zalım rejimdǝn vǝ terror tǝşkilatından qaçanlara ayrı-seçkilik etmǝdǝn qapılarını açdığını xatırladan Çavuşoğlu bildirib ki, bu üç milyon suriyalı vǝ iraqlının arasında isǝ 300 minǝ yaxın Türkmǝn var.

Xarici İşlǝr naziri bundan sonra da hǝm Türkmǝnlǝrǝ hǝm dǝ vǝtǝndaş müharibǝsindǝn qaçmaq mǝcburiyyǝtindǝ qalan suriyalı vǝ iraqlılar üçün bütün imkanları istifadǝyǝ vermǝyǝ davam edǝcǝklǝrini söylǝyib.

Suriya Türkmǝn Mǝclisinin sǝdri Әbdürrǝhman Musdafa da Suriya Türkmǝn Mǝclisinin addım atdığı bu müqǝddǝs yolda 4-cü ilǝ qǝdǝm qoyduğunu, bu prosesdǝ çox ciddi ǝziyyǝtlǝr çǝkdiklǝrini, 35 min şǝhid verdiklǝrini, min illik yurdlarından sürüldüklǝrini  vǝ hǝbs edildiklǝrini bildirib.

Bayırbucaq, Hǝma, Dǝmǝşq, Homs vǝ Rakka kimi Suriyanın bütün Türkmǝn yurdlarının yerlǝ-yeksan edildiyini dilǝ gǝtirǝn Musdafa deyib ki, vǝtǝnimiz, Suriyadakı min illik mövcudluğumuz yox olma tǝhlükǝsi ilǝ qarşı-qarşıyadır.



Әlaqәli Xәbәrlәr