Kanadada Çanaqqala Abidəsi ucaldılıb
Kanadanın Yeni Şotlandiya əyalətinin mərkəzi Qalifaks şəhərində Çanaqqala Abidəsi tikilib.

Kanadanın Yeni Şotlandiya əyalətinin mərkəzi Qalifaks şəhərində Çanaqqala Abidəsi tikilib.
Abidənin açılışında Kanada Federal Parlament sədri Geoff Reagan və Türkiyənin Ottavadakı səfiri Səlcuq Ünal iştirak ediblər.
Bu, Kosovadakı Çanaqqala şəhidləri abidəsindən sonra Türkiyə xaricindəki ikinci abidədir.
Səlcuq Ünal, çıxışında, Türklərin Qurtuluş Döyüşündəki qalibiyyətindən danışıb. Səfir "Birlikdə yaşadığımız tarix bizi ayırmadı, əksinə birləşdirdi. Tarixdə bu səhifənin təkrarı yoxdur” deyə bildirib.
Kanada Federal Parlament sədri də I Dünya Müharibəsində iştirak edən Kanada və Türkiyənin dostluq əlaqələrini inkişaf etdirdiklərini vurğulayıb. Reagan, "Keçmişin xatirələri iki xalqı birləşdirir. Müasir Türkiyə ilə Kanada bu gün NATO çərçivəsində də müttəfiqdir" deyə bildirib.
Çanaqqala Abidəsi, 1915-ci ildə I Dünya Müharibəsi əsnasında Çanaqqala Döyüşlərindəki 253 min şəhidin xatirəsinə ucaldılıb.