Әdalәt vә İnkişaf Partiyası bu gün yeni sәdrini seçir

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının  fövqәladә  qurultayında partiyanın yeni sədri seçiləcək.

495417
Әdalәt vә İnkişaf Partiyası bu gün yeni sәdrini seçir

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının  fövqәladә  qurultayında partiyanın yeni sədri seçiləcək.

Ədalət və İnkişaf Partiyasının   2-ci Fövqәladә qurultayı  Ankara Arena İdman Salonunda keçirilәcәk.

 Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir,  İsrail, Banqladeş, Suriya  və Rusiya səfirləri dəvət olunmayıb.

Qurultaya  hәmçinin missiya başçıları, bütün qeyri-hökumәt tәşkilatları,hәmkarlar İttifaqlar  vә biyasi partiyalar dәvәt edilib. Qeyd edәk ki,  HDP  isә  qurultaya dәvәt edilmәyib.

Qurultaya  Türkiyәnin 11-ci prezidenti Abdullah Gül,  22, 23, 24 və 25-ci dövr millət vəkilləri, rayon başçıları, bələdiyyə sədrləri dә qurultaya dәvәt edilib.

 Qeyd edәk ki, qurultayda әvvәl Baş nazir Әhmәd Davudoğlu  daha sonra isә sәdr postuna namizәd  Binali Yıldırım çıxış edәcәk.

Sәsvermә prosesinin  Türkiyә vaxtı ilә saat 16.00-da başa çatması gözlәnilir.



Әlaqәli Xәbәrlәr