Rəcəb Tayyib Ərdoğan ilә Barak Obama arasında telefon danışığı olub
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilә ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilә ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Təxminən 1 saat 10 dəqiqə davam edən telefon danışığında R.T.Әrdoğan ilә Barak Obama DAEŞ-ın mәhv edilmәsi və Türkiyə, Avropa və digər ölkәlәrdә terror tәhdidinin aradan qaldırılmasını tәmin etmәk mәqsәdilә birgə səy göstәrilmәsi mәsәlәsindә razılaşıblar..
Görüş zamanı Suriyada atәşkәsin davam etmәsini tәmin etmәk mәsәlәsindә beynәlxalq әmәkdaşlığın әhәmiyyәti vurğulanıb.
Görüşdә hәmçinin PKK-nın da aralarında olduğu bütün terror tәşkilatları ilә mübarizәdә әmәkdaşlığın әhәmiyyәti dә vurğulanıb.
ABŞ prezidenti Barak Obama NATO müttəfiqi Türkiyənin təhlükəsizliyinə önəm verdiklərinin də vurğulayıb.
Әlaqәli Xәbәrlәr

“Onun sözləri Türkiyə-ABŞ ittifaqının mahiyyətini əks etdirir”
Sosial media hesabından etdiyi paylaşmada F.Altun bildirib...