PKK-ya qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatında 18 terrorçu zǝrǝrsizlǝşdirilib
İraqın şimalında yerlǝşǝn Kandil vǝ Qara bölgǝlǝrindǝ terror tǝşkilatı PKK-ya qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatında 18 terrorçu zǝrǝrsizlǝşdirilib.
491200

İraqın şimalında yerlǝşǝn Kandil vǝ Qara bölgǝlǝrindǝ terror tǝşkilatı PKK-ya qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatında 18 terrorçu zǝrǝrsizlǝşdirilib.
Baş Qǝrargah Rǝisliyinin açıqlamasında bildirilib ki, F-16 vǝ iki F-4 növ döyüş tǝyyarǝlǝrinin qatıldığı hava hücumlarında hǝdǝflǝr dǝqiq şǝkildǝ vurulub.
Türk Silahlı Qüvvǝlǝri 2015-ci il iyul ayından bǝridir Kandil vǝ ǝtrafında yerlǝşǝn terror tǝşkilatının mövqelǝrinǝ qarşı hava hücumu hǝyata keçirir.
Baş Qǝrargah Rǝisliyi hǝmçinin Mardin, Şırnak, Hakkari vǝ Qarsda da 17 terrorçunun zǝrǝrsizlǝşdirildiyini açıqlayıb.