Dövlǝt başçısı ile BMT-nin Baş katibi arasında telefon danışığı

BMT Baş katibi görüşdə Türkiyənin Ümum dünya humanitar yardım sammitinǝ ev sahibliyi etdiyinǝ görǝ Ərdoğana təşəkkür edib.

489783
Dövlǝt başçısı ile BMT-nin Baş katibi arasında telefon danışığı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Pan Gi Mun ilə telefonda danışıb.

 Yayılan məlumata ǝsasǝn, BMT Baş katibi görüşdə Türkiyənin Ümum dünya humanitar yardım sammitinǝ ev sahibliyi etdiyinǝ görǝ Ərdoğana təşəkkür edib.

 Baş katib 23-24 mayda İstanbulda keçiriləcək sammitdǝn bütün dünyaya güclü bir mesaj verilǝcǝyinǝ inandığını bildirərək, BMT olaraq Türkiyə Dövlǝt başçısının və hökumətinin dəstəyindən böyük xoşbəxtlik duyduqlarını ifadə edib.

 Dövlǝt başçısı Ərdoğan isə Türkiyənin Ümum dünya humanitar yardım sammitinǝ ilk dəfə ev sahibliyi etmǝkdǝn şərəf duyduğunu qeyd edərək, iştirakçıları ən yaxşı şəkildə qarşılamaq və toplantının maksimum uğuru üçün lazımlı bütün hazırlıqların davam etdiyini bildirib.

 Ərdoğan sammitin qlobal və regional proseslərə dair fikir mübadiləsi üçün də bir fürsət olacağını qeyd edib.

 Suriya və Kıbrıs məsələlərinə də toxunulan görüşdə Suriyadakı keçid prosesi və qaçqınlar mövzusunda beynəlxalq cəmiyyətin daha sıx əməkdaşlıq etməsinin lazım olduğunu vurğulayan Ərdoğan və Pan Gi Mun Kıbrıs probleminin həll olmasına da əhəmiyyət verdiklərini bildiriblǝr.

 BMT Baş Katibi Adadakı problemə həll yolu tapmaq məsələsində ümidli olduğunu bildirdikdǝ, Dövlǝt başçısı Ərdoğan, prosesi yaxından təqib etdiklərinə diqqəti çəkib.



Әlaqәli Xәbәrlәr