1 milyard avroluq maliyyə dəstəyin iyulun sonuna qədər tǝmin edilmǝsi planlaşdırılır

Avropa İttifaqı Türkiyədəki suriyalı qaçqınlar üçün 1 milyard avroluq maliyyə dəstəyin iyulun sonuna qədər tǝmin edilmǝsini planlaşdırır.

489807
1 milyard avroluq maliyyə dəstəyin iyulun sonuna qədər tǝmin edilmǝsi planlaşdırılır

Avropa İttifaqı Türkiyədəki suriyalı qaçqınlar üçün 1 milyard avroluq maliyyə dəstəyin iyulun sonuna qədər tǝmin edilmǝsini planlaşdırır.

 Türkiyədəki qaçqınlar üçün təmin edəcək Avorapa İttifaqının dǝstǝk mövzuları üzrə İdari Komitə Brüsseldə yığıncaq tǝşkil edib.

 Yığıncaqda miqrantların mǝsuliyyǝtinin bölüşülmǝsi mǝqsǝdi ilǝ Türkiyədəki suriyalı qaçqınlar üçün tǝmin edilǝcǝk fondun sürǝtli şǝkildǝ yaradılmasına qərar verilib.

 Yığıncaqdan sonra Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə üzvü Yohannes Hahn, söz verilən 3 milyard avronun təxminən 200 milyon avrosununnun Türkiyəyə təmin olunduğunu bildirǝrǝk, iyulun sonuna qədər tǝmin edilǝcǝk məbləğin 1 milyard avroya çatacağının gözlǝnildiyini qeyd edib.

 Aİ 2015-ci il noyabrın 29-da keçirilǝn Türkiyə-Aİ zirvə toplantısında Türkiyədəki suriyalı qaçqınlar üçün 2017-ci ilin axırınadǝk 3 milyard avroluq fond təmin edǝcǝyik vǝdini vermişdi.

 Martın 18-dǝ baş tutan sammitdə isə bu büdcə bitǝcǝyi tǝqdirdǝ 2018-ci ilin axarınadǝk 3 milyard avroluq əlavə fondun həyata keçirilməsi qərara alınmışdı.

 Fondların Türkiyədəki suriyalı qaçqınların səhiyyə, təhsil, qida və digər ehtiyacları üçün hǝyata keçirilǝcǝk layihələrin hazırlanmasına xərclənməsi qərara alınmışdı.



Әlaqәli Xәbәrlәr