Volkan Bozkır 9 May Avropa Günü münasibətiylə açıqlama verib

Avropa İttıfaqı işləri üzrə nazir Volkan Bozkır, Türkiyənin Avropa İttifaqına tam hüquqlu  üzvlüyünün tarix və coğrafiyanın təbii bir nəticəsi olduğunu söyləyib.

487064
Volkan Bozkır 9 May Avropa Günü münasibətiylə açıqlama verib

Bozkır, 9 May Avropa Günü münasibətiylə yaydığı yazılı açıqlamada "Türkiyə-Aİ münasibətləri ilə bağlı danışıqlar aparmaqla hər sahədə davam edən əlaqələrimizi inkişaf etdirməyə qərarlıyıq” deyə bildirib.  

Volkan Bozkır açıqlamada Türkiyənin Aİ müddətində əməyi olanlara hörmət və minnətdarlığını vurğulayaraq “Başda vətəndaşlarımız olmaqla bütün Avropa xalqlarının 9 May Avropa Gününü təbrik edirəm" deyə qeyd edib.

Bu müddətdə Türkiyənin həyata keçirdiyi çoxsaylı islahatları ilə vətəndaşların rifahını yaxşılaşdırmağı hədəflədiyini xatırladan nazir,  Avropa İttifaqının təməllərinin atıldığı bu günün il dönümündə terror və köç kimi problemlərin Türkiyə olmadan həll oluna bilməyəcəyini qeyd edib.  

 

 

 



Әlaqәli Xәbәrlәr