Daha dörd ǝsgǝrimiz xain terrorun qurbanı olub

PKK mǝnsubu quldurlar tǝrǝfindǝn yerlǝşdirilǝn patlayıcının partlaması nǝticǝsindǝ 4 əsgər şəhid olub.

486748
Daha dörd ǝsgǝrimiz xain terrorun qurbanı olub

Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ terror tǝşkilatı PKK mǝnsubu quldurlar tǝrǝfindǝn yerlǝşdirilǝn patlayıcının partlaması nǝticǝsindǝ 4 əsgər şəhid olub.

İki ǝsgǝrin dǝ yaralandığı hadisǝ, tǝhlükǝsizlik qüvvǝlirinin Abdülkadirpaşa məhəlləsinə tǝşkil etdiklǝri ǝmǝliyyat ǝsnasında baş verib.

Xǝsarǝt alan ǝsgǝrlǝrin müalicǝsi davam edǝrkǝn, Şəhid ǝsgǝrlǝrimiz üçün bu gün dǝfn mǝrasimi tǝşkil edilǝcǝk.

Әmǝliyyatlar zamanı terrorçuların açdığı atǝş nǝticǝsindǝ yaralanan başqa bir hǝrbçi dǝ yerlǝşdirildiyi xǝstǝxanada şǝhid olub. 

Digǝr tǝrǝfdǝn Nusaybindǝki əməliyyatlar çǝrçivǝsindǝ tǝhlükǝsizlik qüvvǝlǝri 6 fǝrqli mǝhǝllǝdǝ yerlǝşǝn 2 min 500-dən çox evǝ nǝzarǝti ǝlǝ keçirib.


Etiketlәr: #PKK , #əsgər , #Mardin , #Nusaybin

Әlaqәli Xәbәrlәr