PKK geri çəkildikcə yerli xalqı yağmalayır

Onlarla ev və iş yeri PKK terrorçuları tərəfindən çapıb-talanıb

486091
PKK geri çəkildikcə yerli xalqı yağmalayır

  Türkiyənin Hakkari rayonunun Yüksekova qəsəbəsində 13 martda küçəyəçıxma qadağasıyla başlanan və 17 gün əvvəl tamamlanan axtarış əməliyyat tədbirləri zamanı məlum olub ki, onlarla ev və iş yeri PKK terrorçuları tərəfindən çapıb-talanıb.

  Təhlükəsizlik Qüvvələri tərəfindən bəzi məhəllələrdə həyata keçirilən və təxminən 200 terrorçunun zərərsizləşdirildiyi əməliyyatdan sonra PKK-çılar yerli xalqa böyük zərər yetiriblər.

  Terrorçuların qurduqları tələ-partlayıcıları aradan qaldıran təhlükəsizlik gücləri bunu da aşkarlayıb ki, terrorçular dəstək görə bilmədikləri, "xain və agent" adlandırdıqları vətəndaşların ev və iş yerlərindən yemək, paltar, elektron və digər əşyalar götürüblər.

  Onu da qeyd edək ki, terror təşkilatı PKK-ya istiqamətli əməliyyatın sıxlaşdığı Mardinin Nusaybin qəsəbəsində terrorçuların Suriyaya qaçmaq üçün planlaşdırdıqları tunel ortaya çıxarılıb.

  Bu arada, Konyada axtarışda olan və "canlı bomba" olduğu bildirilən 1 qadın və 4 kişi tutulub.



Әlaqәli Xәbәrlәr