"Qlobal ədaləti tǝmin etmǝkdǝ öhdǝliklǝri olan tǝşkilatlar  lazımi addımları atmırlar",R.T.Ərdoğan

Dövlət başçısı Ərdoğan İstanbulda Dolmabaxça Sarayında Beynəlxalq Ali İdarǝ Məhkəmə Orqanları Birliyi Konqresinin qala yeməyinə qatılıb.

485125
"Qlobal ədaləti tǝmin etmǝkdǝ öhdǝliklǝri olan tǝşkilatlar  lazımi addımları atmırlar",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının quruluşundakı ədalətsizliyə diqqət çəkərək, qaçqınların faciǝli vǝziyyǝtlǝri qarşısında qlobal ədaləti tǝmin etmǝkdǝ öhdǝliklǝri olan tǝşkilatların  lazım gǝlǝn addımları atmadıqlarını bildirib.

 Dövlət başçısı Ərdoğan İstanbulda Dolmabaxça Sarayında Beynəlxalq Ali İdarǝ Məhkəmə Orqanları Birliyi Konqresinin qala yeməyinə qatılıb.

Türkiyǝ olaraq hal-hazırda dənizlərdən topladığımız qaçqın sayı 110 minə çatdığını qeyd edǝn Dövlǝt başçısı vurğulayıb ki, İnsanlığın vicdanını qanadan bu vǝziyyǝt qarşısında qlobal ədaləti təsis etməkdǝ öhdǝliklǝri olan tǝşkalatlar lazımi addımları atmır. Bunun üçün biz dünya 5-dǝn böyükdür deyərək, BMT Tǝşlükǝsizlik Şurasının quruluşundakı ədalətsizliyə diqqət çəkirik.

Ərdoğan ǝdalətin ǝhatǝ dairǝsinin qədim dövlət anlayışı ilǝ birlikdə hakimiyyət və siyasət üslubunun da yol göstǝricisi olduğunu bildirǝrǝk deyib ki,  bu anlayış çǝrçivǝsindǝ 2002-ci ildən bǝridir həyata keçirdiyimiz islahatların sosial, siyasi, iqtisadi tədbirlərin hamısında ədalət dairəsini diqqǝt mǝrkǝzimizdǝ saxlamağa sǝy göstǝrdik. Ancaq ədalətsizlikləri aradan qaldırmaq istiqamǝtindǝ atdığımız addımlar qarşısında maneǝlǝr törǝdildi. Bu maneələrdən biri də terrordur. Terror təşkilatı, xüsusən Şərq və Cənub-şərq bölgəmizdə müxtǝlif sahǝlǝrdǝki sǝrmayǝ qoyuluşlarını tǝxrib etmǝk üçün ǝlindǝn gǝlǝni edir.



Әlaqәli Xәbәrlәr