TBMM-də viza sərbəstliyi ilə əlaqədar 2 tənzimləmə qəbul edildi

Viza sərbəstliyi meyarları çərçivəsində 2 tənzimləmə də Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

483658
TBMM-də viza sərbəstliyi ilə əlaqədar 2 tənzimləmə qəbul edildi

Hüquq Mühafizə Orqanları Nəzarət Komissiyası Qanunu və Avropa İttifaqı ilə Readmissiya Müqaviləsi İdarə heyəti tərəfindən təsdiq olundu.

  Qanun hüquq mühafizə orqanları əməkdaşlarının törətdiyi iddia olunan cinayətlərə və ya intizam cəzasını tələb edən hərəkətlərə dair aparılan əməliyyatların mərkəzi bir sistemdə qeydə alınmasını nəzərdə tutur.

  Bu çərçivədə, hüquq mühafizə orqanları əməkdaşları haqqında öldürmə və işgəncə kimi iddialarla bağlı ilkin istintaq aparılacaq, açılan məhkəmə prosesləri “təcili məhkəmə işi”olaraq qiymətləndiriləcək.

 Hüquq Mühafizə Orqanları Nəzarət Komissiyası müstəqil olacaq. Hər hansı bir orqan və ya şəxsdən əmr və təlimat almayacaq.

 Məclisdə Türkiyə ilə Avropa İttifaqı Arasında Readmissiya Müqaviləsi də qəbul edildi.

  Beləliklə, Türkiyə və Aİ arasında icazəsiz yaşayan insanların geri qəbulu qanuni status aldı.

 



Әlaqәli Xәbәrlәr