Konyada "Beynəlxalq Halal Turizm Konfransı" keçirilir

Ərəb Turizm Birliyi və Konya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi konfransda, halal otel sektoru, İslami maliyyə və investisiya imkanları, həcc və ümrə ziyarətləri müzakirə olunur.

483950
Konyada "Beynəlxalq Halal Turizm Konfransı" keçirilir

 Konfransa Mədəniyyət və Turizm naziri Mahir Ünal, Ərəb Turizm Təşkilatı Rəhbəri, Yəmən Mədəniyyət və Turizm naziri də qatılıb.

Konfransda, ötən il dünya turizm gəlirlərinin 1 trilyon yarım dollar olduğunu söyləyən Mahir Ünal: "Ölkəmiz 2023-cü ildə turizm strategiyasında nəzərdə tutduğumuz çərçivədə, buradan 50 milyard dollar gəlir əldə etməyi  və turistlərin  50 milyona çatmasını hədəfləyir” deyə bildirib. 

Dünyadakı halal turizm gəlirinin isə 200 milyard dollara çatacağı proqnozlaşdırılır. 

İslam ölkələrindən Türkiyəyə gələn turist sayındakı artıma da diqqət çəkən nazir bildirib ki, 2015-ci ildə Türkiyəyə Müsəlman ölkələrdən 7milyon 600 min turist gəlib. Bu isə əvvəlki ilə görə 30% artım deməkdir.

Konfransın ziyafətinə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu da qatılıb. Nazir Ərəb Turizm Təşkilatının sədri ilə təşkilatın Türkiyədə nümayəndəlik açması üçün razılaşma imzalayıb. Konfrans mayın 5-ə qədər  qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr