Əhməd Davudoğlu ilə Jan-Klod Yunker arasında telefon danışığı oldu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu  Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunker ilə telefonla danışıb.

483851
Əhməd Davudoğlu ilə Jan-Klod Yunker arasında telefon danışığı oldu

Məlumata görə, danışıq zamanı Davudoğlu və Yunker Aİ tərəfindən Türk vətəndaşlarının Şengen bölgəsinə səyahətlərində viza sərbəstliyinin təmin edilməsi müzakirə edilib. Danışıqlarda martın 18-i keçirilən Türkiyə-Aİ sammitində miqrant məsələsində əldə olunan razılaşmanın tətbiq edilməsinə dair fikir mübadiləsi də aparıb.

Əhməd Davudoğlu və Jan-Klod Yunker, razılaşmanın tətbiq olunması üçün dialoqları davam etdirəcəklərini razılaşdırıblar.

 



Әlaqәli Xәbәrlәr