Avropa İttifaqı Komissiyasının viza rejiminin lǝğvinə dair tövsiyə qərarı

Avropa İttifaqı (Aİ) Komissiyası Şengen ölkələrinə ediləcək səyahətlərdə Türk vətəndaşları üçün viza rejiminin lǝğvi istiqamətində tövsiyə qərarı qǝbul edib.

484145
Avropa İttifaqı Komissiyasının viza rejiminin lǝğvinə dair tövsiyə qərarı

Avropa İttifaqı (Aİ) Komissiyası Şengen ölkələrinə ediləcək səyahətlərdə Türk vətəndaşları üçün viza rejiminin lǝğvi istiqamətində tövsiyə qərarı qǝbul edib.

 Komissiya Türkiyə ilə İttifaq arasında “Viza Sǝrbǝstliyi Dialoqu” çərçivəsində yol xəritəsinin tətbiqinə dair 3-cü hesabatını açıqlayıb.

 Hesabatda Türk vətəndaşlarına viza tǝtbiqinǝ iyun ayının sonunda son qoyulmasını nəzərǝ alan tövsiyə qərarı qeyd olunub.

 Komissiya qərarında Türkiyənin yerinə yetirməsi gözlənilən 72 meyarla bağlı əlavə müddət tələb edilmǝdikdǝ, tamamlanmamış 5 meyar qaldığı açıqlanıb.

 Hesabata dair açıqlama Aİ Komissiyasının sǝdrinin birinci müavini Frans Timmermans ilə Aİ Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıqdan məsul üzvü Dimitris Avramopulos tərəfindən verilib.

 Beləliklə Komissiya tövsiyə qərarına güclü şǝkildǝ adayaq olduğu mesajını verib.

 AB Komissiyasının tövsiyə xarakterli qǝrarı Avropa Parlamenti (AP) və Aİ Şurasının tǝsdiq etmǝsindǝn sonra həyata keçirilmǝyǝ başlanacaq.

 Bunun üçün tövsiyə qərarı əvvəlcə AP Mülki Azadlıqlar, Ədliyyə və Daxili İşlər Komitəsində müzakirə olunacaq.

 Daha sonra qərar AP Baş Məclisinin təsdiqinə təqdim olunacaq. Səsvermədə qǝrarın qəbulu üçün ümumi əksəriyyət kafi olacaq.

 Mövcud şǝrtlǝrdǝ 28 üzvdən ən azı 16-sı qǝrar lehinǝ sǝs vermǝlidir. Ancaq qəbul səsi verən ölkələrin ümumi əhalisinin Aİ-nin əhalisinin  65 faizini tǝşkil etmǝsi şǝrtdir.

 Əgər burada da gözlənildiyi kimi viza sǝrbǝstliyi təsdiq olunarsa qərar Aİ Rəsmi Qəzetində çap olunaraq qüvvəyə minəcək.

 Viza rejimi lǝğv olunacağı tǝqdirdǝ Türk vətəndaşları iyun ayından etibarən Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstana gedərkən viza almağa ehtiyac duymayacaq.

 Bunlardan əlavə olaraq şəhər dövlətləri olan Monako, San Marino və Vatikana da vizasız gedilǝ bilǝcǝk. Türk vətəndaşları turistlik və ziyarət məqsədli səyahətlərində bu ölkələrdə ən çox 90 gün qalacaq bilǝcǝklǝr.

 İngiltərə və İrlandiyanın viza qǝrarı isə Şengen üzvü olmadıqları üçün davam edəcək.



Әlaqәli Xәbәrlәr